Müğənni Roza Zərgərlinin “YouTube” kanalına haker hücumu olub.
Teleqraf.com xəbər verir ki, müğənninin klipləri “YouTube” administrasiyası tərəfindən portaldan silinib. R.Zərgərli “Qəmli nağıl” klipinə görə yaranan qalmaqala da münasibət bildirib: “Bəziləri hadisədən istifadə edib aranı qızışdırmağa çalışırdılar. “Qəmli nağıl” klipi qanlı nağıla çevrilmək üzrə idi. Hətta cürət edib, klipimi belə “YouTube”dan sildirdilər. Mən elə bilirdim klipimi Aygün Kazımova sildirib. Amma bu məsələni araşdırdım və silən şəxsin kimliyi məlum oldu. Onun ev ünvanı da əlimdədir. Hansı ünvandan şikayət olunubsa, hamısını biləcəksiniz”.
Roza Zərgərli növbəti həftə media nümayəndələri ilə görüş keçirib şok faktları ortaya qoyacağını da bildirib.
Rəqsanə