Məşhur aktyor Bredli Kuper və top model İrina Şeykin münasibətləri gündəmdən düşmür.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, bir müddət öncə Londonda təqdimatı olan "The Elephant Man" (“Fil adam”) filminin təqdimatından sonra 40 yaşlı aktyorla modelin İtaliyadakı tətili davam edir.

İlin ən çox danışılan cütlüyü olan Bredli və İrina hovuzda çimərkən görüntüləniblər. Cütlüyün romantik anları diqqətdən qaçmayıb.

Qeyd edək ki, uzun müddət Ronaldo ilə sevgili olan İrina futbolçunun onu aldatdığı iddiaları ilə uzun müddət gündəmdə olmuşdu.

Rüstəm