Türkiyə illər sonra "Avroviziya" Beynəlxalq Mahnı Yarışmasının səhnəsinə çıxacaq.

Teleqraf.com xəbər verir ki, müğənni Sertab Erener İsveçin Malmö şəhərində baş tutacaq "Avroviziya-2024" mahnı müsabiqəsinin final mərhələsində səhnədə qonaq qismində çıxış edəcək.

İfaçı bu haqda İstanbulda baş tutan konsertində məlumat verib. O, "Avroviziya-2023"də ölkəsinə qalibiyyət gətirən "Everyway That I Can" mahnısını builki yarışmada fərqli versiyasını ifa edəcəyini vurğulayıb. Müğənni artıq hazırlıqlara başladığını da əlavə edib.

Qeyd edək ki, yarışmanın birinci və ikinci yarımfinalları mayın 7 və 9-da, finalı isə mayın 11-də baş tutacaq.

Türkiyə 2013-cü ildən "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinə qatılmaqdan imtina edib.