BAKI, 14 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin keçmiş sədri Alen Simonyanı Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi kimi hökumət üzvlərinə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə hökumət başçısı sosial mediada bildirib.

Nikol Paşinyan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryana həmin vəzifədəki fəaliyyətinə görə təşəkkür edib.

Xatırladaq ki, Alen Simonyan avqustun 13-də Armen Qriqoryanın yerinə Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin olunub.