BAKI, 14 avqust. TELEQRAF
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın vəzifəsindən azad edilməsi hökumət dairələrində kifayət qədər gərgin vəziyyət yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Qriqoryan vəzifəsindən incimiş və qəzəbli şəkildə ayrılıb:
“Dünən səhər tezdən Baş nazir Nikol Paşinyan Armen Qriqoryanı getməməyə inandırmağa çalışıb və ona baş məsləhətçisi vəzifəsində işləməyə davam etməyi təklif edib. Amma Qriqoryan təklifi qəti şəkildə rədd edib.
Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən son anda göndərilib, Nikol Paşinyan isə hökumət dairələrində səslənən əks-arqumentlərə baxmayaraq, qərarını dəyişməyib.
Hakim komanda daxilində parlamentin keçmiş sədri Alen Simonyanın yeni vəzifəyə təyin olunması ilə bağlı əvvəlcədən heç bir məlumat olmayıb. Onun komanda yoldaşları belə qısa müddətdə belə bir qərarın verilə biləcəyini ağlına gətirməyib.
Həmçinin komanda yoldaşlarına Alen Simonyanın uzun müddət hökumət arenasını tərk edəcəyi və aktiv siyasi proseslərdən uzaqlaşacağı barədə zəmanət verilib. Son baş verənlər isə hakimiyyət daxilində kifayət qədər gərgin vəziyyət yaranıb. Armen Qriqoryanın vəzifədən uzaqlaşdırılması və yerinə Alen Simonyanın təyin edilməsi ilə daxildə uzun müddət səngiməyəcək gərgin müzakirələrin önü açılıb. Çoxları inqilab zamanı Paşinyanın yanında dayanan Qriqoryanı incitməyin düzgün olmadığına inanır”.