Əməkdar artist Könül Kərimova oğlu Rəşad Kərimov üçün qız axtarmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Könül Kərimova bu haqda "Rəngarəng" verilişində danışıb:

"Gözəl, mənim kimi saçı uzun gəlin axtarıram. Saçında qaynaq olmamalıdır. Mənim gənclik illərində hər şey təbii idi. Boyu bəstə, ağılllı, amma iş-güc bacaran gəlin axtarıram. Hələ ki, gəlin namizədim yoxdur. İnşallah toy mərasimi bu il olacaq".