Məşhur türkiyəli müğənni Sıla Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, Sıla hava limanında bu gün Bakı Konqres Mərkəzində baş tutacaq konserti haqqında danışıb:

"Bakıdakı ilk konsertimdən uzun zaman keçib. O vaxtdan indiyə xeyli dəyişiklik olub. Bu axşam bütün yeniliklərimi təqdim edəcəm".

Sıla uğurlu ifaçı olması ilə bağlı suala isə belə cavab verib: “Uğurlu olmaq problemli məsələ deyil, uğurlu qalmaq çətin məsələdir. Bunun üçün də xeyli çalışıram”.

Qeyd edək ki, konsert “Anadolu Events”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutacaq.