BAKI, 15 avqust. TELEQRAF

İngiltərənin “Tottenhem” klubunun mərkəz müdafiəçisi Kristian Romero karyerasını İspaniyanın "Atletiko Madrid" komandasında davam etdirəcək.

Teleqraf xəbər verir ki, "Atletiko Madrid" klubu 28 yaşlı argentinalı futbolçunun transferini rəsmən açıqlayıb.

Romero ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Futbol insayderi Fabrizio Romanonun məlumatına görə, “Atletiko” transfer üçün “Tottenhem”ə 40 milyon avro ödəyəcək. İngiltərə klubu futbolçunun gələcək satışından da 15 faiz pay alacaq.