Müğənnilər Hadisə və Ebru Gündəş Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı ortaq yayımında bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, TV 8 kanalının rəhbəri Acun Ilıcalının istəyi ilə ortaq yayıma qatılan və yardım toplayan Hadisə ilk dəfə keçmiş dostu Ebru Gündəş ilə eyni məkana gedib.
İanələrin toplanmasına yardım edən Ebru Gündeş 1 milyon lirə dəstək olub.
O, canlı yayımdan çıxarkən Hadisə studiyaya daxil olub.
Qeyd edək ki, 10 il "O Ses Türkiye"də münsif olan Hadisə həmkarı Ebru Gündəşə görə yarışmadan uzaqlaşdırılmışdı. Buna səbəb Hadisənin Ebru Gündəşin keçmiş həyat yoldaşı, iş adamı Rza Zərrabla sevgili olması olub.