Məşhur popçu Kənan Doğulu ilə evlənən gözəl aktrisa Beren Saat ana olmaq istədiyini dilə gətirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fashion Week İstanbul”da modelyer Azad Masurun dəfiləsinin nümayişində iştirak edən Beren Saat artıq ana olmaq istədiyini bildirib.
Aktrisa “Soyadımızı davam etdirəcək oğlan uşağı gözləyirik” deyib. O, həyat yoldaşı Kənan Doğulu ilə ortaq bir layihədə iştirak etmək istərdinizmi sualına “Niyə də olmasın, hər ikimizi peşəkarıq”deyə cavab verib.
Rüstəm