Müğənni Kərim Abbasov yeni iddia ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, ifaçı keçmiş həyat yoldaşı Təranə Səmədovaya ondan üzr istəməsi ilə bağlı ismarıc göndərib. K.Abbasov “Şoubiz+” verilişinə açıqlamasında deyib ki, T.Səmədova əgər ondan üzr istəməsə, daha ciddi addımlar atacaq:

“Mən bilirəm ki, bu işdə qalib gələcəyəm. Ona görə ki, heç kəsin şərəf və ləyaqətinə toxunmamışam. O, cəzasını alacaq. Lazım olsa, Apellyasiya, Ali məhkəməyə qədər müraciət edəcəyəm. Təranə, canım mənim, lazım olsa, Avropa məhkəməsinə qədər gedəcəyəm. O, məndən üzr istəsə, məhkəmə şikayətimi geri götürəcəyəm. Üzr istəməsə, sona qədər gedəcəyəm. Lazım olsa, ona cəza da veriləcək”.

Xatırladaq ki, Təranə Səmədova ANS telekanalında nümayiş olunan “Adam içində” verilişində Kərim Abbasovu yalan danışmaqda ittiham etmişdi. Demişdi ki, müğənni hər kəsə qız atası olduğunu söyləsə də, əslində övlad sahibi ola bilməz.

“Kərim heç vaxt övlad sahibi ola bilməz. Onda qorxulu xəstəlik vardı. Allah şükür, həmin xəstəlik mənə keçmədi. Milləti yalandan aldatmasın, onun övladı yoxdur. Heç vaxt da övlad sahibi ola bilməz” - deyə prodüser bildirib.

T.Səmədova daha “Kərim ailəli olduğumuz müddətdə dəfələrlə mənə qadınlarla xəyanət etdi. Buna göz yumdum, amma o biri xəyanətinə göz yuma bilmədim. Qadınlıq qeyrətim buna icazə vermədi. Əgər hazırda anası, həyat yoldaşı buna göz yumursa, onlara halal olsun” – deyə, əlavə edib.

Bu açıqlamadan sonra K.bbasov T.Səmədovanı məhkəməyə verib.

Aytən Həsənova