BAKI, 25 may. TELEQRAF
Bakı–Tbilisi–Bakı marşrutu üzrə satışa çıxarılan 8400 biletdən 6 min ədədi satılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında deyib.
B.Hacıyev bilet qiymətlərinin yüksək olması ilə bağlı narazılıqlara toxunaraq bildirib ki, “Azərbaycan Dəmir Yolları” gələcəkdə sərnişinlər üçün daha aşağı tariflərlə səyahət imkanlarının yaradılmasını araşdırır.
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə ilk sərnişin qatarı bu gün Bakı Dəmiryol Vağzalından saat 23:10-da yola düşəcək.