BAKI, 10 aprel. TELEQRAF

Asiya İnkişaf Bankı (ADB) 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, beynəlxalq bank ölkə iqtisadiyyatının cari ildə 2,0, gələn il isə 1,8 faiz artacağını bildirib.

Həmçinin AİB-ə görə, ötən dövrdə Azərbaycan manatı ABŞ dollarına qarşı sabit qalarkən, nominal effektiv ifadədə təxminən 9 faiz möhkəmlənib: “Bəzi ticarət tərəfdaşlarının valyutalarının dəyər itirməsi idxal qiymətlərinin daxildə ucuzlaşmasına kömək edib və ümumi inflyasiyanın azalmasına təsir göstərib. Real effektiv ifadədə isə manat 2,3 faiz möhkəmlənib”.

Xidmətlər sektorunun 2026-cı ildə 5,0, kənd təsərrüfatının müvafiq olaraq 1,0-0,9, sənayenin isə 1,5-1,4 faiz artacağı gözlənilir.

İnflyasiyanın cari ildə yenidən yavaşlayacağı proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin 2026-cı ildə isə 2,0 faizə enəcəyi bildirilir.