BAKI, 26 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi edən “Paşa Həyat Sığorta” ASC olub.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət hesabat dövründə 375 milyon 641 min manat ödəniş aparıb.

Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC ( 90 milyon 426 min manat) ikinci, “Atəşgah Həyat" Sığorta Şirkəti ASC (42 milyon 33 min manat) üçüncü olub. Siyahıda bu şirkətləri “Atəşgah” Sığorta Şirkəti ASC (26 milyon 350 min manat), “Qala Sığorta” ASC (17 milyon 174 min manat) izləyib.

Qeyd edək ki, ötən 8 ayda sığorta şirkətləri 603 milyon 414 min manat sığorta ödənişi ediblər.