TBİLİSİ, 16 may. TELEQRAF

Gürcüstan Milli Bankı “Digital Security Georgia” şirkətinə broker fəaliyyəti üçün lisenziya verib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “Business Media” nəşri yazıb.

Bildirilib ki, 2024-cü ildə yaradılmış şirkətin direktoru və səhmlərinin 100%-nin sahibi Azərbaycan vətəndaşı Natiq Kamranovdur.

Bankın qərarında qeyd olunub ki, “Digital Security Georgia” MMC-yə broker lisenziyası Gürcüstanın “Qiymətli kağızlar haqqında” Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi məqsədilə verilib. Həmin maddədə broker şirkətlərinin Gürcüstanda fəaliyyət göstərməsi üçün tələblər yer alıb.