BAKI, 20 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 10,8 min hektar sahədə kartof əkilib.

Teleqraf xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.

Qeyd edək ki, kartof idxalında da həmçinin, azalma müşahidə olunub. Belə ki, yanvarda ölkəyə 5 418,0 min ABŞ dolları dəyərində 19 128,3 ton kartof idxal edilib ki, bu da ötən ilin yanvarına nisbətən 1,8 faiz azalma deməkdir.

İdxal və istehsalın azalması kartofun qiymətini bahalaşdırıb. Hazırda kartofun bir kiloqramı 1,50 -1,90 manat arasında satılır.