BAKI, 23 noyabr. TELEQRAF
“COP31 həm tətbiqetmə dərinliyi, həm də təşkilatçılıq imkanları baxımından bütün iştirakçıların təqdirini qazandı. Konfrans bir milyondan çox ziyarətçi sayı ilə tarixə ən geniş iştirakçı kütləsinə malik COP sammiti kimi düşdü”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.
“Antalyada mürəkkəb mövzu başlıqlarını əhatə edən 46 qərar yekdilliklə qəbul edildi. Son gün ölkələr konstruktiv mövqe nümayiş etdirərək yekun qərar üzrə razılığa gələ bilsəydilər, əlbəttə ki, daha yaxşı olardı. Lakin hər bir halda növbəti danışıqlar üçün çox dəyərli zəmin formalaşdı.
Konfransın Liderlər Sammitini noyabrın 11-12-də keçirdik. 95 ölkə və 7 beynəlxalq təşkilatdan ümumilikdə 102 liderin, 300-dən çox nazirin iştirak etdiyi sammitin dünyada əks-sədası həqiqətən böyük oldu”,- Rəcəb Tayyib Ərdoğan vurğulayıb.