BAKI, 21 iyul. TELEQRAF
Nazirlər Kabineti süni intellektin inkişafı üzrə milli prioritet sektorların siyahısını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ölkədə süni intellekt texnologiyalarının tətbiq ediləcəyi əsas strateji sahələr, eləcə də prosesə rəhbərlik edəcək dövlət qurumları müəyyənləşdirilib. Siyahı rəsmi sənədə əlavə olunub.