BAKI, 6 iyul. TELEQRAF

Cenevrədə Dünya İqtisadi Forumu çərçivəsində "Global Shapers Annual Summit" keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə 140 ölkədən 500-dən çox gənc lider iştirak edib.

Tədbir çərçivəsində süni intellekt, liderlik, dayanıqlı inkişaf, rəqəmsal transformasiya və icmaların gələcəyi kimi mövzular ətrafında müzakirələr aparılıb.

Sammitdə iştirak edən "Global Shapers Baku Hub"ın kuratoru, azərbaycanlı hüquqşünas Rəhim Abasov bildirib ki, belə beynəlxalq platformalar Azərbaycan gənclərinin səsini qlobal səviyyədə eşitdirmək, yeni əməkdaşlıqlar qurmaq və ölkəyə innovativ ideyalar gətirmək baxımından mühüm əhəmiyyət daşıyır:

"Global Shapers" çərçivəsində icmalardan gələn mühüm siqnalları bölüşüldü. Gələcəyin artıq dünyanın müxtəlif şəhərlərində formalaşmaqda olduğu xatırladıldı".

Qeyd edək ki, "Global Shapers Community" Dünya İqtisadi Forumu tərəfindən yaradılmış beynəlxalq gənclər şəbəkəsidir və dünyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən hub-lar vasitəsilə gəncləri yerli və qlobal problemlərin həllinə cəlb edir.