BAKI, 6 iyul. TELEQRAF
"Cityside İnşaat" MMC nizamnamə kapitalını 42,9% və ya 750 min manat azaldaraq 1 milyon 110 manata endirib.
Teleqraf xəbər verir ki, bu barədə MMC elan edib.
Bundan əvvəl şirkətin nizamnamə kapitalı 1 milyon 750 min 110 manata bərabər olub.
Qeyd edək ki, “Cityside İnşaat” 2026-cı ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Bəşir Əliyevdir.