BAKI, 6 iyul. TELEQRAF
2026-cı ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4 faiz artaraq 855 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 475,5 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 55,6 faizini təşkil etmişdir.