BAKI, 6 iyul. TELEQRAF
2026-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1385,9 manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb.