BAKI, 6 iyul. TELEQRAF
"Kredit Servis Bank Olmayan Kredit Təşkilatı" MMC nizamnamə kapitalını 19,5% və ya 250 min manat azaldaraq 1 milyon 32 min 934 manata endirib.
Teleqraf xəbər verir ki, bu barədə MMC elan edib.
Bundan əvvəl BOKT-un nizamnamə kapitalı 1 milyon 282 min 934 manata bərabər olub.
Qeyd edək ki, “Kredit Servis BOKT” 2011-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Teymur Süleymanovdur.