BAKI, 3 iyul. TELEQRAF
Naxçıvanda çoxmənzilli yaşayış binalarının tikintisinə 24,2 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə "MİDA" MMC açıq tender elan edib.
Müsabiqənin qalibi olacaq şirkət Naxçıvanın Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində 4,98 ha ərazidə 1,2,3,4,5 və 6 nömrəli çoxmənzilli yaşayış binaları tikəcək. Layihənin ehtimal olunan ümumi dəyəri 24 milyon 194 min 879,47 manatdır.
Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi avqustun 14-nə təyin olunub.