BAKI, 2 iyul. TELEQRAF
2026-cı ilin mayında dünya mərkəzi banklarının rəsmi qızıl ehtiyatları 41 ton artıb.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında bildirilib.
Sənədə görə, mayda ən böyük qızıl alıcıları Polşa Mərkəzi Bankı (18 ton) və Çin Mərkəzi Bankı (10 ton) olub.
Özbəkistan Mərkəzi Bankı mayda qızıl ehtiyatlarını 9 ton, Qazaxıstan isə 7 ton artırıb.
Hesabatda həmçinin bildirilib ki, Sinqapur 2025-ci ilin sentyabrından bəri ilk dəfə 4 ton qızıl alıb. Çexiya Milli Bankı və İordaniya Mərkəzi Bankı da mayda müvafiq olaraq 2 ton və 1 ton qızıl alışı həyata keçiriblər.
Bununla yanaşı, Rusiya Mərkəzi Bankının mayda xalis qızıl satışı 6 ton təşkil edib. İlin əvvəlindən ölkənin ümumi xalis qızıl satışı 34 tona çatıb. Türkiyə Mərkəzi Bankı isə mayda 3 ton, ilin əvvəlindən isə ümumilikdə 81 ton qızıl satıb.