BAKI, 2 iyul. TELEQRAF
Prezident İlham Əliyevin logistika dəstəyi ilə bağlı imzaladığı fərman qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçılar üçün çox güclü dəstək aləti olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumda çıxışı zamanı deyib.
O qeyd edib ki, fərmana uyğun olaraq hökumət məhsulların yeni bazarlara ixracı zamanı logistika xərclərinin bir hissəsini subsidiyalaşdıracaq:
“Bundan başqa, beynəlxalq sərgilərin təşkili, ixrac və idxal missiyalarının həyata keçirilməsi kimi mexanizmlər də qeyri-neft-qaz məhsullarımızın beynəlxalq bazarlarda tanıdılması baxımından böyük əhəmiyyət daşıyır”.