BAKI, 1 iyul. TELEQRAF

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən indiyədək 171,68 milyon manat investisiya yatırılıb.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin ikinci ən böyük sənaye parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,86 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 82,33 milyon manatlıq hissəsi ixracın payına düşür.

Agentliyin məlumatına görə, Ağdam Sənaye Parkında 1000-dən çox daimi iş yeri yaradılıb. 31 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib.