BAKI, 1 iyul. TELEQRAF
Almaniyada yanacaqın qiymətinə tətbiq edilən güzəşt ləğv edildikdən sonra benzin və dizel yenidən bahalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə “Super E5” markalı benzinin qiyməti litr üçün 2,20 avroya çatıb ki, bu da əvvəlki göstəricidən 18 sent çoxdur. “Super E10” markalı benzinin litri 2,14 avro olub və 17 sent bahalaşıb. Dizel yanacağının qiyməti isə litr üçün 2,10 avroya yüksələrək 19 sent artıb.
Qeyd edək ki, ölkədə may və iyun aylarında benzin və dizel yanacağına tətbiq olunan vergi litr başına 17 sent azaldılmışdı. Bu güzəşt yanacaq qiymətlərinin artımının qarşısını almaq məqsədilə aprelin 24-də Almaniya Bundestaqı tərəfindən təsdiqlənmişdi.