BAKI, 1 iyul. TELEQRAF
Saatlıda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillərin tikintisinə 3,4 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi açıq tender elan edib.
Müsabiqənin qalibi olacaq şirkətə Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzillərin tikintisi üçün 3 milyon 385 min 800 manat ödəniş ediləcək.
Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 8-nə təyin olunub.
Qeyd edək ki, Agentlik Yardımlıda da eyni təyinatlı mənzillərin tikintisi üçün 2,6 milyon manat vəsait ayrılıb.