BAKI, 1 iyul. TELEQRAF
2026-cı ilin yanvar-may aylarında Azərbaycan xarici bazarlara 167,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayında qeyd edilib.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38,17% çoxdur. 2025-ci ilin yanvar-may ayında 121,3 milyon dollar dəyərində qızıl ixrac edilib.