BAKI, 1 iyul. TELEQRAF
Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi münasibətilə iyulun 5-də Azərbaycan Dəmiryol Muzeyində saat 10:00-dan 18:00-dək “Açıq qapı” günü keçiriləcək.
Teleqraf xəbər verir ki, tədbir çərçivəsində ziyarətçilər ölkədə elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf yolunu əks etdirən fotosərgi ilə yanaşı, muzeyin zəngin eksponatlar kolleksiyası ilə də tanış ola biləcəklər.
Qeyd edək ki, tədbirdə iştirak ödənişsiz olacaq və muzeyə giriş sərbəstdir.