BAKI, 1 sentyabr. TELEQRAF
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.
Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəldi.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamladı.
Sonra “ŞƏT plyus” formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdirdilər.
***
10:44
Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki “Irıs Ordo” Konqres Mərkəzinə gəldi.
Teleqraf xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlət başçısını salamladı.