BAKI, 1 sentyabr. TELEQRAF

“Dent Klinik” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qanun pozuntusu aşkar olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Novxanı şossesinə paralel, Bağçalı evlər MTK ünvanında yerləşən MMC-yə məxsus klinikada lisenziya olmadan özəl tibb fəaliyyəti ilə (Stomatoloji iş) məşğul olması faktı aşkar edilib.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə MMC 20 min manat məbləğində cərimə olunub.