BAKI, 4 iyun. TELEQRAF
Dövlət Proqramında olan tədbirlər öz nəticəsini göstərmək üçün müəyyən vaxt tələb edir.
Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.
O bildirib ki, tədbirlərin nəticəsini 2030-cu ildən sonra görəcəyik.
"Fundamental tədbirlər zamanla öz nəticəsini göstərir", - o vurğulayıb.