BAKI, 4 iyun. TELEQRAF

Ümumilikdə yumurta ixracı, meyvə və tərəvəz məhsullarının ixracının artırılması ilə bağlı hədəflər mövcuddur.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.

O bildirib ki, meyvə və tərəvəz məhsullarının həm də həcminin də artırıması hədəflənir:

"İxracın artımı ilə bağlı İqtisadiyyat Nazirliyi ilə birlikdə hazırlanan tədbirlər var. Müəyyən subsidiyalaşma alətləri müzakirə olunur. Həm məhsul istehsalını, həm də ixracı tətikləyən tədbirlər nəzərdə tutulur".