Hazırkı Dövlət Proqramı daha konkretdir və hədəfləri özünə çəkir.
Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.
O bildirib ki, aqrar sektorda müəyyən peşəkarlıq səviyyəsini, kommersiya səviyyəsini artırmaqla nailiyyətlər əldə edilə bilər.
"Banklarla, maliyyə institutları və müvafiq qurumlarla görüşlər nəticəsində maliyyə sahəsində müəyyən razılıqlar əldə edilib. Maliyyə vəsaitlərinə qarşılıqlı əlçatanlıq yarancaq", - o vurğulayıb.