BAKI, 4 iyun. TELEQRAF

Son dövrlər iqlim dəyişikliyi kontekstində həm su resurslarının azalması, həm də dalğalanmalar müşahidə olunur.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, yağışların düşmə müddəti, tezliyi də dəyişir, bu da aqrar sahəyə təsir edir.

"Ölkəmiz 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə arasında olacaq. Torpaq sahələri parçalanmış formadadır və fermerlərə düşən sahə də azdır. Bütün bunlar məhsul artımı məsələsinə təsir edir", - o vurğulayıb.