Hər bir ölkənin əsas hədəflərindən biri olduğu kimi ölkəmiz üçün də ərzaq təhlükəsizliyi prioritet məsələlərdəndir.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, dəyər zənciri, azad edilmiş ərazilərdə aqrar təsərrüfatın bərpası kimi məsələlər də mühüm əhəmiyyət daşıyır.

"Müxtəlif hüquqi və institusional dəyişikliklər Dövlət Proqramında əhatə olunur. Hüququ qanunvericilik bazasının təkmilləşdirilməsi, bütün prosesin rəqəmsallaşdırılması, torpaq və su infrastrukturunun qurulması əhatə edilir. İllik aqrar ixracının 6%-dən yuxarı olması da əsasdır", - o vurğulayıb.