BAKI, 4 iyun. TELEQRAF

Son 10 ildə kənd təsərrüfatı sahəsində artımlar müşahidə olunur.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu həm heyvandarlıqda, həm də bitkiçilikdə müşahidə olunur.

"Aqrar qida ixracı da yüksəlib. Son dövrlər dünya bazarında müşahidə olunan qeyri-stabillik var, bu da müəyyən çağırışlar formalaşdırır", - o vurğulayıb.