AĞDƏRƏ, 3 iyun. TELEQRAF
Bu il 50 illiyi tamam olan Sərsəng su anbarında yenidənqurma işlərinə start veriləcək.
Teleqraf-ın Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Qarabağa təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində strateji əhəmiyyət daşıyan hidrotexniki qurğuların modernləşdirilməsi nəzərdə tutulur.
“2022–2023-cü illərdə Suqovuşan su qovşağında, Tərtərçay magistral kanalında və sol sahil kanalında əsaslı təmir işləri həyata keçirilib.
Sağ sahil kanalının yenidən qurulması isə ərazilər minalardan tam təmizləndikdən sonra aparılacaq”.