XOCAVƏND, 3 iyun. TELEQRAF

Xocavənd rayonu üzrə 367 abonentə xidmət göstərilir.

Teleqraf-ın Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qeyd edilib ki, Xocavənd şəhərinin su təchizatı üzrə aparılmış araşdırmalara əsasən su mənbəyi çay məcrasında (Qaradağlı kəndi ərazisi) üfüqi suqəbuledici qurğu, 2 ədəd subartezian quyusundan toplanaraqdiametri 219mm, uzunluğu 9 km olan su kəməri ilə özüaxımlı olaraq şəhərdə yerləşən su anbarlarına nəql olunur.

Şəhərin relyefinə görə 3 zonaya bölünmüş və hər bir zona üzrə su anbarları (2x700m3, 2x750m3, 2x1000m3) mövcuddur. Şəhərin şəbəkəsi polietilen (D63-200mm, L=48 km) borulardan ibarətdir.

Bundan əlavə, Hadrut qəsəbəsinin su təminatı qəsəbə ətrafında ziyarət dağının ətəyində mövcud suqəbuledici qurğu və qəsəbədaxili 2 ədəd subartezian quyusundan həyata keçirilir və magistral su kəməribnin diametri 219 mm, uzunluğu 5.5 km təşkil edir. Şəhərin relyefinə görə 5 zonaya bölünmüş və hər bir zona üzrə su anbarları (2x300m3, 2x100m3, 3x50m3) mövcuddur. Şəhərin şəbəkəsi polietilen (D63-225mm, 35 km)borulardan ibarətdir.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Xocavənd şəhərinə 231 ailə, Hadrut qəsəbəsinə 61, Qırmızıbazar qəsəbəsinə 162kəndlərə isə ( Xocavənd kəndi , Xanoba kəndi, Sos kəndi) ümumi 141 ailə köçürülüb.