BAKI, 9 aprel. TELEQRAF

“Şəkərli diabet xəstəliyi üzrə tədbirlərilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınmasına 37 milyon 645 min 943 manat xərclənməsi nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, satınalmanın sifarışçlsl "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsdir.

Nəzərə çatdıraq ki, hər il "şəkərli diabet xəstəliyi üzrə tədbirlərlə bağlı xərclər" çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınması üçün təxminən 37,6 milyon ilə 50 milyon manatdan çox vəsait nəzərdə tutulur. Bu layihə üzrə keçirilən tenderlərin qalibi isə əsasən "Avromed Company" QSC olur.