BAKI, 2 sentyabr. TELEQRAF
Pekin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Çinə səfərini Hörmüz boğazının açılması, bu su yolundan keçid üçün rüsumlarının alınmaması və Tehranın ABŞ və Səudiyyə Ərəbistanı ilə fikir ayrılıqlarının həll edilməsi ilə şərtləndirməyib”.
Teleqraf xəbər verir ki, bu barədə İran rəhbərliyinin Çin məsələləri üzrə xüsusi ofisi məlumat yayıb.
Ofis bildirib ki, Qalibafın səfərinin və ya iki ölkə arasında əlaqələrin genişləndirilməsinin həmin şərtlərin yerinə yetirilməsindən asılı olması barədə məlumatlar həqiqətə uyğun deyil.
İranın “Karqozaran-e Sazandegi” partiyasının baş katibi Hüseyn Mərəşi bundan əvvəl bəyan edib ki, Çin Qalibafın Pekinə səfərini Hörmüz boğazının açılması, gəmilərdən rüsum alınmaması və Tehranın ABŞ və Səudiyyə Ərəbistanı ilə fikir ayrılıqlarının başa çatdırılması şərtlərinə bağlayıb.