BAKI, 2 sentyabr. TELEQRAF

Hacıqabul sakini ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü İxtiyar Səmədovun meyiti yaşadığı evdə aşkar edilib. İlkin məlumata görə, adıçəkilən şəxs ov tüfəngindən aldığı xəsarət nəticəsində ölüb.

Onun fermada çoban işlədiyi bildirilir.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma başlanılıb.