BAKI, 2 sentyabr. TELEQRAF

Estoniya parlamentinin deputatları gizli səsvermə yolu ilə Ülle Madizeni ölkənin beşillik müddətə prezidenti seçiblər.

Teleqraf xəbər verir ki, onun seçilməsinə 71 deputat səs verib, 7-si isə namizədliyini dəstəkləməyib.

Ülle Madize seçkilərdə iştirakına icazə verilən yeganə namizəd olub. 2021-ci ildən ölkəyə rəhbərlik edən Alar Karis şəxsi səbəblərə görə ikinci müddətə namizədliyini irəli sürməyib.