BAKI, 8 aprel. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, görüşdə ölkələr arasında strateji tərəfdaşlıq və iqtisadi münasibətlərin inkişaf dinamikası qeyd edilib.
"Enerji, yaşıl texnologiyalar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, SOCAR ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr barədə müzakirələr apardıq", - deyə nazir əlavə edib.