BAKI, 16 mart. TELEQRAF
Neft-qaz sektorunda qazma texnologiyaları üzrə fəaliyyət göstərən “Drilltechsolution” MMC nizamnamə kapitalını 200 min ABŞ dolları azaldır.
Teleqraf xəbər verir ki, şirkət nizamnamə kapitalını 780 min dollardan 580 min dollara endirdiyini elan edib.
Şirkət bundan əvvəl nizamnamə kapitalını 760 min dollardan 780 min dollara yüksəltmişdi.
Qeyd edək ki, “Drilltechsolution” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Eyubov Azər Qələndəroviçdir.