BAKI, 16 mart. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5,5 milyard manatlıq ərzaq məhsulları satılıb.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, yanvar-fevral aylarında ərzaq məhsullarına 4 milyard 985,5 milyon manat vəsait xərclənib.
Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1% artım deməkdir.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq, o cümlədən 267,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 224,4 manatlıq qeyri-ərzaq malları alıb.