BAKI, 16 mart. TELEQRAF

2025-ci illə müqayisədə cari ilin martın 1-nə Naxçıvanda vergi ödəyicilərinin ümumi sayı 7,4%, o cümlədən fiziki şəxslərin sayı 7,5%, hüquqi şəxslərin sayı isə 5 faiz artıb.

Dövlət Vergi Xidməti Teleqraf-a verilən məlumata görə, uçotda olan 54.869 vergi ödəyicisinin 94.7%-i fiziki şəxslər, 5,3%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,3% artaraq 1.815 vahid olub. 2026-cı ildə kommersiya qurumlarının 84,1%-i elektron, 15,9%-i kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.