BAKI, 14 mart. TELEQRAF

İran Hörmüz boğazından keçən bəzi neft tankerlərinə yalnız daşınan neftin dollarla deyil, yuanla satılması şərti ilə icazə verilməsi imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı adı açıqlanmayan iranlı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran hazırda Hörmüz boğazından keçən neft tankerlərinin hərəkətinin tənzimlənməsi ilə bağlı yeni plan üzərində işləyir. Bu plan çərçivəsində boğazdan yalnız məhdud sayda tanker keçə bilər.

Qeyd edək ki, martın 2-də İranın İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru İbrahim Cəbari xəbərdarlıq etmişdi ki, İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatı səbəbindən Hörmüz boğazı gəmilərin keçidi üçün bağlana bilər.